• 26 Aprel 2024
logo
Mərkəzi Bank 200 milyon manat cəlb edəcək

Mərkəzi Bank 200 milyon manat cəlb edəcək

Aprelin 6-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən verilən məlumata görə, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.