• 29 Mart 2024
logo
Bakıda sənaye məhsullarının və xidmətlərinin həcmi 6 milyard manatı ötüb

Bakıda sənaye məhsullarının və xidmətlərinin həcmi 6 milyard manatı ötüb

2020-ci ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 6,4 milyard manat təşkil edib.

Sənaye məhsulunun 81,1 faizi mədənçıxarma, 16,3 faizi emal, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 80,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,1 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2020-ci il vəziyyətinə 238,7 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 65,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.