• 20 Aprel 2024
logo
Azərbaycanda keçən il ödəniş kartları 1 milyona yaxın artıb

Azərbaycanda keçən il ödəniş kartları 1 milyona yaxın artıb

1 yanvar 2020-ci il tarixə Azərbaycanda fəaliyyət göstərən banklar və poçt rabitəsinin milli operatoru tərəfindən demissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7.54 milyon ədəd olub.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda qeyd edilir ki, ödəniş kartlarının 19.4 faizi təmassız kartlardır. Ödəniş kartlarının 89.4 faizinin (6.75 milyon ədəd) debet, 10.6 faizini (0.8 milyon ədəd) isə kredit kartları təşkil edib.

Ödəniş kartlarının sayında 2018-ci illə müqayisədə 13.3 faiz (0.9 milyon ədəd) artım müşahidə olunub.