• 25 Sentyabr 2020
logo
Xüsusi karantin tədbirləri ilə bağlı 85 avtobus ehtiyatda saxlanılır - BNA

Xüsusi karantin tədbirləri ilə bağlı 85 avtobus ehtiyatda saxlanılır - BNA

Xüsusi karantin tədbirləri gücləndiriləndən sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) yalnız ekspres avtobuslar fəaliyyətə başlayıb.

Bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, artıq 95 avtobus fəaliyyətə başlayıb:

"Dünəndən bu günə 21 min sərnişin daşınıb. Bundan başqa, özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişin daşınıb. Hazırda 85 avtobus da ehtiyatda saxlanılır. Lazım olarsa, həmin avtobuslar da xəttə buraxılacaq. Avtobus çatışmazlığı ilə bağlı narahatlığa əsas yoxdur. Sadəcə işi olmayan insanlar çölə çıxmasınlar".

Xatırladaq ki, Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.