• 26 Sentyabr 2020
logo
Azərbaycanda manatla pul bazası 12%-dən çox artıb

Azərbaycanda manatla pul bazası 12%-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycanda manatla pul bazası 10 066,9 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 2 045,4 mln. manat və ya 16,9% azalıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 1 120,6 mln. manat və ya 12,5% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.