• 21 İyul 2019
logo
add image
İyun ayı ərzində sərnişindaşınmanın statistikası açıqlandı

İyun ayı ərzində sərnişindaşınmanın statistikası açıqlandı

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 2019-cu ilin iyun ayı ərzində istifadə edən sərnişinlərin sayı açıqlanıb.
BBAK-dən verilən məlumata görə, bu ilin iyun ayı ərzində ümumilikdə 10 min 915 reyslə 287 min 585 sərnişin daşınıb. Sərnişinlərdən 260 mini şəhərlərarası istiqamətlərə, 27 min 585 sərnişin isə beynəlxalq reyslərlə yola düşüb.
Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki şəhərlərinə olub. Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tbilisi, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir.
Qabaqcadan satış kassalarından və “onlayn” qaydada bilet alanların sayı 15 mindən çoxdur. Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb.
Ötən ilin iyun ayı ilə müqayisədə beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur.