• 21 İyul 2019
logo
add image
BVF: Azərbaycanda qeyri-neft sektorunda artım 2,8 faiz təşkil edəcək

BVF: Azərbaycanda qeyri-neft sektorunda artım 2,8 faiz təşkil edəcək

2019-2020-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım təxminən 2,8 faiz təşkil edəcək.
Bunu Trend-ə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natalya Tamirisa deyib.
N.Tamirisa bildirib: "Fikrimizcə, bu yaxınlarda əməkhaqqı, pensiya və sosial yardımın artması, vergi və borc yükünün azaldılması üçün atılan addımlar növbəti iki ildə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək".
Nümayəndəliyin rəhbəri qeyd edib ki, orta müddətli olaraq Azərbaycanda ÜDM-in artımının sürətləndirilməsi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi özəl sektorun rolunun, idarəetmənin və şəffaflığın artırılmasına yönəlmiş struktur islahatlarının dərinləşdirilməsini və genişləndirilməsini tələb edir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Valyuta Fonduna 18 sentyabr 1992-ci ildə qoşulub. 2006-cı ildən Azərbaycan hökuməti BVF-dan borc götürməyib və fondun nizamnaməsinin IV maddəsi, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar üzrə məsləhətləşmələr çərçivəsində əməkdaşlıq həyata keçirilir.