• 27 Aprel 2024
logo
Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

Heydər Əliyev Beynəlxalq Aeroportunun işçi heyəti koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığını nəzərə alaraq, gözləmə zallarındakı oturacaqlarda sosial məsafənin saxlanması ilə bağlı elanlar yerləşdirib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hava limanı sərnişinlərdən bu məsafəni qorumağı, özünü və ətrafdakıları təhlükəyə atmamağı xahiş edir.