• 23 Sentyabr 2020
logo
Neftin qiymətində növbəti antirekord

Neftin qiymətində növbəti antirekord

“WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.

Bakı vaxtı ilə saat 02:40-a Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Qeyd edək ki, OPEC + ölkələri martın əvvəlində koronavirus pandemiyası fonunda neft hasilatını azaltmaq və ya müqavilənin parametrlərini dəyişdirmək ya da müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər.