• 10 İyul 2025
logo
Valyuta hərracında bankların dollar tələbi 70 milyonu ötüb

Valyuta hərracında bankların dollar tələbi 70 milyonu ötüb

14 dekabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

Baymedia.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 70.9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 2.6% çoxdur. Belə ki, 12 dekabrda keçirilən valyuta hərracında banklar 69.1 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.