• 22 İyul 2019
logo
add image
Rostovdan Bakıya birbaşa aviareys açılır

Rostovdan Bakıya birbaşa aviareys açılır

Rostovdan Bakıya birbaşa aviareys açılır "İrAero" aviaşirkəti Rostovdan Bakıya və əks istiqmətdə birbaşa reysləri bərpa edəcək.
Trend-in məlumatına görə, reyslər iyulun 6-dan başlayaraq şənbə günləri həyata keçiriləcək. Uçuş vaxtının 2 saat çəkəcəyi qeyd edilir.
"İrAero" aviaşirkətinın baş direktoru Yuriy Lapin bildirib ki, Bakı istiqamətində uçuşlar artıq ənənəvidir və tələbat var: "Hazırda biz Azərbaycanın paytaxtına Çelyabinsk və Orenburqdan uçuşlar təşkil edirik, iyunun 18-dən isə Yekaterinburqdan uçuşlar həyata keçirəcəyik".