• 1 İyun 2020
logo
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

Ötən il dekabrın 3-də D230 blokunda başlanmış 3 ölçülü seysmik tədqiqat proqramı tam təhlükəsiz şəkildə həyata keçirilib və martın 14-də başa çatıb.

Bu barədə "BP-Azerbaijan" şirkətindən Trend-ə bildirilib.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə və seysmik əməliyyatları həyata keçirən podratçı şirkətimiz “Caspian Geophysical”la əla əməkdaşlığımızın nəticəsi olaraq 3-ölçülü seysmik tədqiqat layihəsi uğurla və qrafikə uyğun tamamlanmışdır. Növbəti addım əldə edilmiş məlumatların emal edilməsidir.

Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik", - deyə şirkət qeyd edib.