• 30 May 2020
logo
Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırılır

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırılır

Azərbaycanda qeyri-neft sektorunda çalışan şəxslərə icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti 2022-ci il yanvarın 1-dək uzadılır.

Bununla bağlı məsələ Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

İndiyə qədər bu müddət 2021-ci il yanvarın 1-dək nəzərdə tutulurdu. Güzəştlər muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üçün nəzrdə tutulurdu.

Qeyd edək ki, Milli Məclis martın 30-da keçiriləcək plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək. Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.