2020-ci ilin fevralında Azərbaycandan Türkiyəyə 52 143 turist səfər edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 3,13 faiz çoxdur.
Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 3,01 faiz təşkil edib.
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 106 931 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,72 faiz çoxdur.
2020-ci ilin yanvar-fevral aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 3,04 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin fevralında Türkiyəyə 1,733 milyon turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 3,76 faiz çoxdur.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Türkiyəyə 901 723 turist səfər edib ki, bu da 2018-ci illə müqayisədə 5,03 faiz çox olub. Bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 2 faiz təşkil edib.