• 7 İyul 2025
logo
Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminala keçiriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminala keçiriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcəkdir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qeyd edək ki,koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.