• 16 İyul 2019
logo
add image
Bakıda 50-dən çox aviasiya mütəxəssisinin iştirakı ilə seminar keçirilib

Bakıda 50-dən çox aviasiya mütəxəssisinin iştirakı ilə seminar keçirilib

Cari ilin 2-3 iyul tarixlərində Bakıda ICAO ilə DAK-ın “Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası sazişin iştirakçısı olan dövlətlərdə uçuşların təhlükəsizliyinin yüksəldilməsi və uçuşa yararlığın təmin edilməsi” layihəsi çərçivəsində Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura / Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birlikdə “IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” (ISAGO) mövzusunda seminar keçirilib.
Trend-in məlumatına görə, IATA ekspertləri “IATA Yerüstü xidmətin təhlükəsizliyi üzrə audit” (ISAGO) proqramının bütün aspektlərinə, o cümlədən proqramdakı son dəyişikliklərə dair məruzələrini və proqramın tətbiqi üzrə tövsiyələrini təqdim ediblər.
Seminar zamanı ISAGO proqramının yeni modeli barədə ümumi məlumat və onun xüsusiyyətləri, ISAGO-nun üstünlükləri və proqramdan istifadənin müsbət nəticələri, ISAGO standartlarına dair qüvvədə olan təlimat (GOSM) barədə ümumi məlumat, Yerüstü xidmət təminatçıları üçün uçuşların təhlükəsizliyini idarəetmə sisteminin (UTİS) tətbiqi, Yerüstü xidmət təminatçılarının auditi, Yerüstü xidmət təminatçıları üçün ISAGO-nun keçirilməsi qaydası – audit keçirilməsi üçün müraciətdən başlayaraq ISAGO-nun qeydiyyatına qədər, Aviaşirkətlər üçün ISAGO - keyfiyyətə nəzarət zamanı ISAGO-nun nəticələrinin tətbiqi, aviaşirkətlər tərəfindən ISAGO auditləri barədə hesabatlardan istifadə, Aviasiya orqanları üçün ISAGO-nun üstünlükləri, Hava limanları üçün ISAGO-nun üstünlükləri barədə məsələlər müzakirə olunub.
Seminarda Mülki aviasiya və hava məkanından istifadə haqqında dövlətlərarası sazişin iştirakçısı olan dövlətlərin, habelə BƏƏ, Qətər və Türkiyənin aviasiya idarələri, hava limanları və aviasiya şirkətlərindən 50-dən çox aviasiya mütəxəssisi iştirak edib.