• 9 May 2025
logo
"Əsrin Müqaviləsi" Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi”

"Əsrin Müqaviləsi" Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi”

Vüqar Bayramov: “Fiskal gəlirlərimizin artması hərbi sahənin inkişafını stimullaşdırdı”

“Azərbaycanın lokal anti-terror əməliyyatlarının ikinci günü "Əsrin Müqaviləsinin" imzalanmasının 29-cu il dönümünə təsadüf edir”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili əlavə edib ki, "Əsrin müqaviləsi"nin imzalanması birinci Qarabağ Müharibəsindəki atəşkəsdən qısa müddət sonra reallaşdı: “O zamankı müharibədə torpaqlarının bir hissəsini itirmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, iqtisadiyyatı tənəzzül keçirən Azərbaycan 1994-cü il sentyabrın 20-də sonradan regionun iqtisadi xərtəsini dəyişəcək bir sənədə imza atdı. SOCAR və dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti ilə birlikdə yaradılan konsorsium Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsinə start verdi. Bu ilkin mərhələdə enerji sektoruna 20 milyard dollar sərmayə cəlbi demək idi. Elə çətin vəziyyətdə "Əsrin Müqaviləsi" kimi tarixə düşən anlaşmanın imzalanması birbaşa Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu. Bu nəinki Azərbaycan iqtisadiyyatı, həmçinin ordu quruculuğu üçün də yeni mərhələ idi. "Əsrin Müqaviləsi" hərbinin gücümüzun artırılması, hərbiçilərimizin maddi-sosial təminatının güclənməsi üçün ciddi maliyyə bazası formalaşdırdı. Bu da Azərbaycanı Zəfərə gətirib çıxartdı”.
Millət vəkili əlavə edib ki, məhz "Əsrin Müqaviləsi" 1994-cü ildə ümumi daxili məhsulunun həcmi 374 milyon manat olan Azərbaycanın inkişaf trayektoriyasını müəyyənləşdirdi: “Fiskal gəlirlərimizin artması hərbi sahənin inkişafını stimullaşdırdı. 2023-cü ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 54 milyona çatdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyada milli təhlükəsizliyin daha da güclənməsi prioritet xəttlərdən birinə çevrilib. Məhz 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə müəyyyənləşdirilən strateji xətt hərbi potensialımızın artmasına xüsusi imkan yaratdı. Artıq Azərbaycan müasir texnikalı güclü orduya malikdir...”.