• 23 Yanvar 2021
logo
Azərbaycanda ÜDM istehsalı artıb

Azərbaycanda ÜDM istehsalı artıb

2020-ci ilin yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 12 milyard 578,0 milyon manat təşkil edib.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 18,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olub.