• 28 Sentyabr 2020
logo
“Mingəçevir” SES-in etibarlılığı və təhlükəsizliyi gücləndirilir“

“Mingəçevir” SES-in etibarlılığı və təhlükəsizliyi gücləndirilir“

Azərenerji” ölkənin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” Su Elektrik Stansiyasında təmir-bərpa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət “Mingəçevir” Su Elektrik Stansiyasında aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.

“Azərenerji”dən Trend-ə bildirilib ki, ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir: "Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

Bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

Hazırda 1 hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq və bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq".