• 20 Yanvar 2021
logo
Bakıda tarixi binanın sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır - KOMİTƏ

Bakıda tarixi binanın sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır - KOMİTƏ

Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, sözügedən ünvanda yerləşən əmlak kompleksi Komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır.

Əmlak kompleksinin daşınmaz əmlakı 1 ədəd 5 mərtəbəli, 4 ədəd 1 mərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.