• 20 Sentyabr 2020
logo
İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Şirzad Abdullayev 1970-ci il 16 oktyabr tarixində Azərbaycanın Ağdaş rayonunda anadan olub. Orta təhsili Ağdaş rayonunda alıb. Hava Hücumundan Müdafiə Qoşunlarında hərbi xidmət keçib.

Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilib. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 12 noyabr və 2014-cü il 21 oktyabr tarixli Sərəncamları ilə müvafiq olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” və“Tərəqqi” medalları ilə təltif edilib.