• 16 Yanvar 2021
logo
Ötən iki ayda 112 yaşayış binasına qaz verilib

Ötən iki ayda 112 yaşayış binasına qaz verilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə İstehsalat Birliyi müvafiq tədbirlərini davam etdirir.

Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-dək 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin olunub.