• 26 Yanvar 2021
logo
Səudiyyədən neftlə bağlı qərar: Hasilatı artırdı

Səudiyyədən neftlə bağlı qərar: Hasilatı artırdı

Səudiyyə Ərəbistanına məxsus “Saudi Aramko” neft şirkəti dünən “OPEK+” ölkələri ilə görüşdən sonra aprel ayında hasilatın artırılması qərarı verib.
Bu barədə şirkətin baş direktoru Emin Nasir məlumat yayıb.
“Aprel ayında günlük neft hasilatımızı 300 min barrelə qədər artıracağıq. Bununla da şirkətimizin günlük hasilatı 12,3 milyon barrel olacaq”, - deyə baş direktor qeyd edib.
Qeyd edək ki, dünən neft qiymətləri 30%-dən çox ucuzlaşıb. Buna səbəb “OPEK+” ölkələrinin görüşündə neft hasilatının azaldılması barədə razılıq əldə edilməməsi olub.