• 7 Dekabr 2024
logo
SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib

SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib.
Bu barədə Trend-ə açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.
Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.