• 29 Sentyabr 2020
logo
Azərbaycanın Rostov vilayəti ilə əməkdaşlığı çərçivəsində işçi qrupu yaradılacaq

Azərbaycanın Rostov vilayəti ilə əməkdaşlığı çərçivəsində işçi qrupu yaradılacaq

Azərbaycanın Rostov vilayəti ilə əməkdaşlığı çərçivəsində münasibətlərin daha da dərinləşməsi üçün işçi qrupu yaradılacaq.

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Azərbaycanda Rostov vilayəti günləri” biznes forumu çərçivəsində deyib.

O bildirib ki, həm Azərbaycanın, həm də Rostov vilayətinin dinamik iqtisadi inkişafı nəzərə alınmaqla qarşılıqlı münasibətlərin yüksək potensialı əməkdaşlığın mərhələli və düşünülmüş şəkildə inkişafı üçün böyük imkanlar yaradır:

“Ona görə də biz münasibətlərin inkişafı ilə məsələləri ləngitməmək barədə razılıq əldə etmişik və bugünkü danışıqların yekununda işçi qrupu təşkil olunacaq. Bu qrupun fəaliyyətinin əlaqələndirilməsi Azərbaycanın Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək”.