• 24 Yanvar 2021
logo
Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 53,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 52,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 51,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.