• 26 Aprel 2024
logo
Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 56,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 50,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,77 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 54,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel azdır.