• 25 May 2020
logo
Azərbaycandan İrana gedən avtobusların işində dəyişikliklə bağlı AÇIQLAMA

Azərbaycandan İrana gedən avtobusların işində dəyişikliklə bağlı AÇIQLAMA

Azərbaycandan İrana müntəzəm marşrut xətləri üzrə gündəlik hərəkət edən avtobusların işində heç bir dəyişiklik edilməyib.

Trend-in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, beynəlxalq, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik olaraq təmin edilir:

"İranın Tehran və Ərdəbil şəhərlərinə müntəzəm marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq".

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa 43 nəfərin yoluxduğunu və 8 nəfərin öldüyünü təsdiqləyib.