• 28 Mart 2024
logo
Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb

Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb

2020-ci ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,8 faiz artaraq 817,6 milyon manat olub.
Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 602,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib.
Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 82,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci illə müqayisədə Bakı şəhəri üzrə 4,0 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2,7 faiz, Abşeron və Aran iqtisadi rayonları üzrə 2,6 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1,8 faiz, Lənkəran iqtisadi rayonu üzrə 1,3 faiz, Yuxarı Qarabağ iqtisdi rayonu üzrə 1,0 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 0,7 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 0,4 faiz artıb.