• 29 Oktyabr 2020
logo
Xətai rayonunda binalarda 147 köhnə lift yenisi ilə əvəzlənib

Xətai rayonunda binalarda 147 köhnə lift yenisi ilə əvəzlənib

Bakının Xətai rayonunda binaların damı və liftlərin yenilənməsi prosesi davam edir. Bunu açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, bir çox binanın liftləri artıq tam yenisi ilə əvəzlənib: "Bir müddətdir ki, Xətai rayonunda binaların damları yenilənir və müasir şəkildə düzəldirilir. Binaların üzərində olan çənlər isə yerə düşürdülür. Hazırda bu proses öz axarı ilə davam edir. Liftlərə gəldikdə isə, bu günə kimi 147 köhnə lift tam yeni və müasiri liftlə əvəzlənib". P.İmanov su problemindən əziyyət çəkən və məcburən çənlərdən istifadə edən sakinlərdən də danışıb: "Bilirsiniz ki, hazırda pilot layihə olaraq binalara 24 saat içməli suyun verilməsi işləri görülür. Bu işlərin nə vaxt yekunlaşacağı hələlik tam məlum deyil. Xətai rayonunda da bəzi sakinlər var ki, onlara 24 saat içməli su verilmir. Bununla bağlı işlər gedir və daimi su təminatı olana kimi həmin sakinlərə icazə veriləcək ki, onlar binanın üzərindəki çənlərdən istifadə etsinlər. Həmin sakinlər müvəqqəti olaraq öz binalarının damında 500 litrə kimi plastmas çən yerləşdirə biləcəklər".