• 27 İyul 2024
logo
Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir

Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasında yüksək fəallıq nümayiş etdirir

Azərbaycan hər il ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasının təmin olunmasında yüksək fəallıq nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu UNEC-in rektoru Ədalət Muradov Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" konfransında deyib.

O bildirib ki, bu gün süni intellekt və elektron maşınlar insan resurslarından istifadəni tələb edir, ona görə də informasiya texnologiyaları sahəsində kadrların peşəkar hazırlığı zəruridir.