• 3 İyul 2025
logo
Sərhəd keçid məntəqələrinin yaxınlığında idxal-karantin məntəqələri yaradılacaq

Sərhəd keçid məntəqələrinin yaxınlığında idxal-karantin məntəqələri yaradılacaq

Bu il ərzində Azərbaycanın sərhəd keçid məntəqələrinin yaxınlığında 2 idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti illərdə Azərbaycanın digər idxal olunan sərhəd-keçid məntəqələrindən kənar yerlərdə də belə məntəqələrin qurulması planlaşdırılır:

"İdxal-karantin məntəqələri Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulub. Bu məntəqələrin layihələndirilməsi həyata keçiriləcək. İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da aparılacaq".