• 20 Oktyabr 2020
logo
Azərbaycanda POS-terminallar vasitəsilə ödəmələr artıb

Azərbaycanda POS-terminallar vasitəsilə ödəmələr artıb

Azərbaycanda ödəniş kartlarının sayı 11, 2 faiz artaraq 7,3 milyona çatıb.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda "Visa" beynəlxalq kart təşkilatının, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB), "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən “Visa Cashless: Driving the future” forumunda deyib.

Onun sözlərinə görə, pul köçürmələri sistemlərinin istifadəsi ilə əməliyyatların sayı 40 faiz artıb. O əlavə edib ki, 2019-cu ildə elektron ticarət üzrə ödəmələrin sayı 67 faiz, həcmi isə 97 faiz artıb.

Ötən il Azərbaycanda bankomatlar vasitəsilə nağdsız ödənişlər azalsa da, POS-terminallar vasitəsilə ödənişlər 20 faiz artıb.