• 26 Oktyabr 2020
logo
Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb

Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.

Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd “İphone”, 1 ədəd “Huawei”, 49 ədəd “Samsung” markalı mobil telefonlar aşkarlanıb.