• 27 İyul 2024
logo
Çexiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

Çexiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” QSC-də Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov son illərdə ölkəmizdə dəmir yollarında aparılan islahatlardan danışıb.

Bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində işlər davam etdirilir, dəmir yolu infrastrukturunun yenidənqurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Cəmiyyətin sədri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sahəsində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.

Sonra görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, Çexiya şirkətlərinin investisiya imkanları barədə məsələlər müzakirə olunub.

Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.