• 12 İyul 2025
logo
Azərbaycan neftinin qiymətləri dəyişdi

Azərbaycan neftinin qiymətləri dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 4-də 60,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,6 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.