Bakıya 300 ədəd yeni və müasir avtobus gətirilib. Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda həmin avtobuslar marşrut xətlərinə buraxılacaq:
"Həmin avtobuslıar 18 metrlikdir. Cənab prezidentin göstərişi ilə bu il üçün daha 415 yeni avtoobusun alınması nəzərdə tutulur. Bu da Bakıda avtobus parkının təxminən 60-70 faizinmin yenilənməsinə səbəb olacaq".