Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Trend-in məlumatına görə, yanvarın 31-də qızılın qiyməti yanvarın 30-u ilə müqayisədə 12,2145 manat azalaraq 1 unsiya üçün 2672,162 manat təşkil edib.
Gümüş 0,3848 manat bahalaşaraq 1 unsiya üçün 30,3328 manata bərabər olub.
Platinin qiyməti 15,2405 manat artaraq 1666 manat, palladiumun qiyməti 75,4885 manat artaraq 3949,4485 manat təşkil edib.