• 27 İyul 2024
logo
Azərbaycanda istehsal olunan mallar üçün xaricdən edilən sifarişlər artıb

Azərbaycanda istehsal olunan mallar üçün xaricdən edilən sifarişlər artıb

Azərbaycanda istehsal olunan mallar üçün ixrac sifarişləri artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2019-ci ildə Azexport.az portalına 596 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci illə müqayisədə 2019-cu ildə Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 16 faiz artıb. 2019-cu ilin dekabr ayı ərzində isə portala daxil olan sifarişlərin dəyəri 63,4 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 dekabr tarixinə kimi (36 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 585 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan Azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.