• 26 Oktyabr 2021
logo
Azərbaycanda çay yığımının həcmi açıqlanıb

Azərbaycanda çay yığımının həcmi açıqlanıb

Ötən il Azərbaycan ərazisində 929.4 ton çay yarpağı yığılıb.

Bunu Trend-ə Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İlkin Ələkbərli deyib. Onun sözlərinə görə, bu göstərici 2018-ci il ilə müqayisədə 7% artib:

“2018-ci ildə Azərbaycanda 868,6 ton çay yarpağı yığılmışdır. 2019-cu ildə isə sahələrdən 929.4 ton çay yarpağı yığılıb.

Bu da onu göstərir ki, yaşıl çay yarpağının yığımda 2018-ci ilə nisbətən 7% artım olmuşdur. Gələcəkdə məhsuldarlığın artımı gözlənilir”.

Qeyd edək ki, Ümumilikdə Azərbaycanda 2018-ci ildə 1136.5 hektar, 2019-cu ildə isə 1140.5 hektar sahəyə çay əkilib.