• 20 Fevral 2020
logo
Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 68,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,35 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.