• 19 Mart 2024
logo
AQTA sədri: Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

AQTA sədri: Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

İctimai iaşə sahəsində fəaliyyət göstərən, kütləvi qidalanmaya məhsul təqdim edən bəzi şəxslər dərk etmirlər ki, onların ehtiyatsız hərəkəti insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olur və hətta acı sonluğa gətirib çıxarır. Biz 2 il ərzində sahibkarlıq subyektlərini bu sahədə kifayət qədər maarifləndirdik, məlumatlar verdik, çox da sərt davranmadıq. Amma bu ildən Qida Təhlükəsizliyi Agentliyi daha sərt inzibati tədbirlərə əl atacaq.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi hesabat konfransında deyib.

Onun sözlərinə görə, məsuliyyətini dərk etməyən bəzi dırnaqarası sahibkarlar dəyərli iş adamlarının adına xələl gətirirlər: "O adamlara qarşı qanunun ən sərt tədbirlərini tətbiq edəcəyik. Bu il ərzində monitorinq və yoxlamaların da sayı artırılacaq. Həssas qruplardan olan yoxlamalar çoxluq təşkil edəcək. Bunlar eyni zamanda müalicə profilaktika müəssisələrini də əhatə edəcək. Çünki xəstələrin düzgün qidalanması çox önəmli məsələdir".