• 5 Dekabr 2022
logo
Azərbaycan rəqəmsal manat konsepsiyasının hazırlanmasını davam etdirir - Fərid Osmanov

Azərbaycan rəqəmsal manat konsepsiyasının hazırlanmasını davam etdirir - Fərid Osmanov

Azərbaycan Mərkəzi Bankı rəqəmsal manat konsepsiyasının hazırlanmasını davam etdirir.

Bunu Trend-ə bankın baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, qurum bu layihə üzrə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

"İstənilən tənzimləyici qurum tərəfindən rəqəmsal valyutanın reallaşdırılması əsasən monetar siyasətin düzgün aparılması və qiymətləndirilməsi, pul-kredit mexanizmlərinin qiymətləndirilməsi, daxili və xarici amillərin ölkə iqtisadiyyatına təsirinin qiymətləndirilməsi üçün həyata keçirilir", - deyə o bildirib.
F.Osmanov əlavə edib ki, dünyanın bir sıra mərkəzi bankları özünün rəqəmsal valyuta konsepsiyalarını hazırlayıb, bəziləri isə onları sınaqdan keçirir.