• 19 Mart 2024
logo
"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır

"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:

"Stansiyada divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək".