• 20 Fevral 2020
logo
Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu il metro tunellərində havalandırmanı yaxşılaşdırmaq üçün daha 16 müasir ventilyator alacaq.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni ventilyatorlar bu ilin fevral-mart aylarında Bakıya gətiriləcək:

"Gətiriləcək 16 ventilyatorun 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Qalan 6 ventilyator isə "Bənövşəyi" xətt üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam yekunlaşıb.