• 26 Aprel 2024
logo
Azərbaycanda əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib

Azərbaycanda əmək müqavilələrinin qeydiyyatına görə özəl sektor dövlət sektorunu üstələyib

Özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı dövlət sektorundakı həmin göstəricini 3 dəfə üstələyib.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət sektorunda əmək müqavilələrinin qeydiyyatının artımı 6,6 faiz təşkil edib.

M.Cabbarov qeyd edib ki, özəl sektorda əmək müqavilələrinin qeydiyyatının artımı 18,3 faiz təşkil edib ki, bu da dövlət sektorundan 3 dəfə çoxdur.