2016-cı ildən etibarən Azərbaycanda keçirilən və dünyanın ən çox izlənən idman növlərdən olan "Formula 1 Grand-prix" həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına töhfə verir.
Belə ki, Formula 1 Qran Prisi Azərbaycanın görməli və tarixi yerlərini, istirahət-kurort imkanlarını, mükəmməl mətbəx və gözəl təbiətini təbliğində, ölkənin xidmət sektorunun inkişafına müsbət təsir göstərir. Qeyd edək ki, son 4 il ərzində Bakıda keçirilən Azərbaycan Qran Prisi ərəfəsində PR kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, şəkil, video və xüsusi tədbirlər vasitəsilə yaradılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı ümumilikdə 296,3 milyon dollar media dəyəri yaratmışdır. Bundan başqa, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, F1 işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən dəyər və digər birbaşa yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda artan templə ümumilikdə cəmi 500,8 milyon dollar təşkil etmişdir