Respublikada 2005-ci ildən bu günə qədər 42 şəhərin Baş Planı yenilənib.
Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.
Komitə sədri bunun Azərbaycan hökumətinin hazırladığı tədbirlər planına əsasən yeniləndiyini bildirib.
S.Nuriyev əlavə edib ki, 42 şəhərin 7-nin Baş Planı artıq təsdiqlənib. Növbəti 2 ildə daha 9 şəhərin Baş Planının hazırlanmasına başlanılacaq.