• 23 Oktyabr 2021
logo
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 13-də 67,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,16 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.