• 24 Oktyabr 2021
logo
“Azərişıq” “Yeni Köçkün” qəsəbəsinin generatoru ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirdi

“Azərişıq” “Yeni Köçkün” qəsəbəsinin generatoru ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirdi

Son günlər bəzi kütləvi informasiya vasitəslərində və sosial şəbəkələrdə “Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayevin şəhərin “Yeni Köçkün” qəsəbəsindəki generatoru ələ keçirməsi barədə həqiqətə uyğun olmayan qərəzli məlumatlar yayılır.

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Məsələyə aydınlıq gətirən ASC bildirir ki, Mingəçevir şəhəri ərazisində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş çoxmərtəbəli yeni yaşayış məhəlləsinin elektrik təchizatı şəbəkəsinin tikintisi başa çatdığından məhəllədəki 3 ədəd dizel generatoru rəsmi olaraq Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından “Azərişıq” ASC-nin balansına verilib. "Əraziyə 110/35/6 kv-luq “Mingəçevir” yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmamış və bu səbəbdən generatordan biri ərazidən götürülüb:

“Azərişıq” ASC fəaliyyətində şəffaflığı prioritet seçərək hər zaman ictimaiyyətə açıq olduğundan, KİV-lərdən həqiqətə uyğun olmayan və “Azərişıq” ASC-nin işguzar nüfuzuna kölgə salan bu kimi xəbərləri tirajlamazdan əvvəl Cəmiyyətin mətbu